Rusiya Ukraynaya hava zərbələri endirib | ölən var
“Bundan əlavə, Kiyevin sağ sahilində elektrik enerjisi kəsilib və su təchizatında problemlər qeydə alınıb”, - Vitali Kliçko bildirib.
Kiyev Regional Fövqəladə Hallar idarəsinin rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə şəhərin Peçerski rayonunda çoxmərtəbəli yaşayış binasına ziyan dəydiyini və sakinlərin təxliyə olunduğunu yazıb.
Ukraynanın Energetika naziri Svetlana Qrinçuk Rusiyanın enerji infrastrukturunu qəsdən hədəfə aldığını bildirib.
Zaporojjya Xüsusi Əməliyyat Qüvvələrinin rəisi İvan Fedorovun sözlərinə görə, rus qoşunları Zaporojye vilayətinə də hücum edib. Zaporojye şəhərinin özünə ən azı üç zərbə endirilib. Yeddi yaşlı uşaq aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna zərbələr







Vaxtında, Aydın, Lazımlı!


